Merkel Münhen konfransında iştirak etməyəcək

Merkel Münhen konfransında iştirak etməyəcək
  10 Fevral 2020    Oxunub:2148
Almaniya kansleri Angela Merkel bu ilki Münhen Təhlükəsizlik konfransında iştirak etməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə konfransın sədri Volfqanq İşenqer bildirib. Onun sözlərinə görə, Merkel ənənəvi konfransda 2021-ci ildə iştirak etməyi planlaşdırır.

"2008-ci ildən bəri kansler təhlükəsizlik konfransına qatılır, 2021-ci ildə yenidən iştirak edəcək".

O, əlavə edib ki, Almaniyanı bu il Münhendə Prezident Frank-Valter Ştaynmayer, Bundestaqın prezidenti Volfqanq Şoybl, Xarici İşlər naziri Hayko Maasom, Müdafiə naziri Anneqret Kramp-Karrenbauer və digər rəsmi şəxslər təmsil edəcəklər.

Ümumilikdə, İşingerin sözlərinə görə, Münhenə təxminən 140 dövlət və hökumət başçısı, eləcə də müxtəlif ölkələrin hökumət üzvləri gələcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Merkel  





Xəbər lenti