Ermənistanda komitə sədri həbs olundu

 Ermənistanda komitə sədri həbs olundu
  10 Fevral 2020    Oxunub:1993
Ermənistanın Şəhərsalma Komitəsinin rəhbəri Vaaqan Vermişyan həbs edilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Məhkəmə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Vermişyanın həbsinə dair vəsatətini təmin edib", - deyə bildirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti, həmçinin İrəvan İstintaq İdarəsinin keçmiş rəhbəri Con Farxoyanın da həbs olunması barədə vəsatət verib və məhkəmə bu tələbi təmin edib.

Xatırladaq ki, fevralın 5-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti Vermişyanın ofisində axtarış aparıb, bundan sonra vəzifəli şəxsi saxlayıb. O, bir neçə milyon dram məbləğində rüşvət almaqda şübhəli bilinir. Belə ki, komitə rəhbəri bir neçə tikinti şirkəti rəhbərindən 1 və 2,5 milyon dram (5.2 min dollar) arasında beş dəfə rüşvət alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Həbs  





Xəbər lenti