Tailandda əsgər 20 nəfəri öldürüb - Yenilənib

 Tailandda əsgər 20 nəfəri öldürüb -  Yenilənib
  09 Fevral 2020    Oxunub:4708
Tailandda hərbi hissədən qaçan əsgərin mülki şəxslərə atəş açması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, cinayətkar “Terminal-21” ticarət mərkəzində 16 nəfəri girov saxlayır. Girovların azad edilməsi üçün xüsusi təyinatlılar əməliyyata başlayıb.

***
Tailandda hərbi hissədən qaçan əsgər 17 nəfəri qətlə yetirib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nakhonratçasima vilayətində baş verib.

Məlumata görə, əsgər hərbi hissədən oğurladığı silahla bir zabit və iki xidmət yoldaşını güllələyib. O, daha sonra şəhərdə insanlara atəş açmağa başlayıb. Silahlı insident nəticəsində ölənlərin sayı 17 nəfər çatıb, 10-dan çox adamın girov götürüldüyü bildirilir.

Cinayətkar hadisə anını əks etdirən videoları sosial şəbəkədə paylaşıb. Hazırda hərbi qulluqçunun zərərsizləşdiriməsi istiqamətində əməliyyat keçirilir.



Azvision.az


Teqlər: Əsgər   Qətl  





Xəbər lenti