Kruiz gəmisində virusa yoluxanların sayı artıb

Kruiz gəmisində virusa yoluxanların sayı artıb
  08 Fevral 2020    Oxunub:2603
Yaponiyanın Yokohama limanında karantinə alınan kruiz gəmisində daha üç nəfərin koronavirus testlərinin cavabları müsbət çıxıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da gəmidə virusa yoluxanların sayı 64-ə çatıb.

Xəstələrin 20-dən çoxu Yaponiya vətəndaşıdır. Virusa yoluxanlar gəmidən çıxarılaraq, Tokio və ətraf şəhərlərdəki xəstəxanalara köçürülüb.

Qeyd edək ki, Mayaminin Carnival Corp şirkətinə məxsus "Diamond Princess" kruiz gəmisi Honq Konqda gəmidən ayrılan sərnişinlərdən birinə koronavirus diaqnozu qoyulduqdan sonra iki həftəlik karantinə alınıb.

Azvision.az



Teqlər: Koronovirus  





Xəbər lenti