Ermənistanda hərbçilərin ölümü ilə bağlı cinayət işi açılıb

Ermənistanda hərbçilərin ölümü ilə bağlı cinayət işi açılıb
  08 Fevral 2020    Oxunub:2448
Ermənistanın İstintaq Komitəsi müqavilə əsasında xidmət edən üç hərbçinin ölümü ilə bağlı cinayət işi açıb.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Belə ki, fevralın 7-də üç erməni hərbçi Syunik bölgəsində qar uçqunu altında qalaraq ölüblər. Onlar 28 yaşlı Karapet Nazaryan, 25 yaşlı Tiqran Arzumanyan və 24 yaşlı Nver Şahbazyandır. Dördüncü, 21 yaşlı Hamlet Mirzoyan isə xəsarət alıb. Hazırda xəstəxanadadır, vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Hadisə ilə əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 2-ci hissəsi (rəhbərin və ya vəzifəli şəxsin xidmətə laqeyd münasibəti, səhlənkarlığın ağır nəticələrə səbəb olması) ilə cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Cinayət   Hərbçi  





Xəbər lenti