“Qarabağ” və “Neftçi” yenidən üz-üzə gəlir

“Qarabağ” və “Neftçi” yenidən üz-üzə gəlir
  08 Fevral 2020    Oxunub:2471
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, bu gün Azərbaycan derbisi keçiriləcək. Son illərdə çempionluğu əldən verməyən “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda paytaxtın “Neftçi” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırda Qurban Qurbanovun komandası 34 xalla turnir cədvəlində liderdir. Cəmi 26 xalı olan "Neftçi" isə üçüncü pillədə qərarlaşıb.

Azvision.az



Teqlər: Neftçi   Qarabağ  





Xəbər lenti