“Sabah” “Qəbələ”yə qalib gəldi

“Sabah” “Qəbələ”yə qalib gəldi
  08 Fevral 2020    Oxunub:2478
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.
Azvision.az xəbər verir ki, turun açılış oyununda "Sabah" və "Qəbələ" klubları üz-üzə gəliblər. "Bank Respublika Arena”da keçirilən matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 15 turdan sonra turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (16), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.

Azvision.az



Teqlər: Qəbələ  





Xəbər lenti