Paşinyan Merkellə görüşə gedir

Paşinyan Merkellə görüşə gedir
  07 Fevral 2020    Oxunub:1946
Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə Almaniyaya səfəri zamanı Kansler Angela Merkel ilə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer məlumat verib. Onun sözlərinə görə, Paşinyan fevralın 13-də Berlinə gedəcək və Münhen Təhlükəsizlik konfransında iştirak edəcək.

"Danışıqların mövzusu ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, habelə xarici və təhlükəsizlik siyasətinə aid məsələlər olacaq", - Demmer bildirib.

Münhen Təhlükəsizlik konfransı 14-16 fevral tarixlərində keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Paşinyan   Merkel  





Xəbər lenti