Paşinyanın deputatlarından parlament rəhbərliyinə etiraz
Nəşrin məlumatına görə, onlar biləndə ki, layihəyə yalnız 37 nəfər imza atıb və həmin şəxslərin arasında Nikol Paşinyanın qardaşı oğlu, qaynı, həmçinin bəzi vəkillər yoxdur, Milli Məclis rəhbərliyindən izahat tələb ediblər və layihənin "əleyhinə" səs verəcəklərini söyləyiblər. Bu isə iclasdan əvvəl layihənin geri çağırılmasına, imzaların əlavə edilməsinə səbəb olub. Nəticədə layihə 44 deputatın imzası ilə təqdim edilib.
Qeyd edək ki, Paşinyan Konstitusiya Məhkəsməsinin sədrini vəzifədən uzaqlaşdırmaq istəyir. Bunun üçün qanuni əsası olmadığından referenduma gedir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Paşinyan Parlament Etiraz