AŞPA-nın müşahidə missiyası Azərbaycanda işə başladı

AŞPA-nın müşahidə missiyası Azərbaycanda işə başladı
  07 Fevral 2020    Oxunub:2898
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçki müşahidə missiyası bu gündən Azərbaycanda işə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə qurumun Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak “Twitter” hesabında yazıb.

“AŞPA-nın müşahidə missiyası bu gündən işə başlayıb. Biz indi media, vətəndaş cəmiyyəti nümayəndələrini dinləyirik, daha sonra ATƏT DTİHB seçki müşahidə missiyası, həmçinin siyasi partiyalar və müstəqil namizədlərlə görüşəcəyik”, - deyə Şennak vurğulayıb.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AŞPA   Missiya   Seçki  





Xəbər lenti