Çinin Xarici İşlər Nazirliyi İlham Əliyevə təşəkkür etdi

Çinin Xarici İşlər Nazirliyi İlham Əliyevə təşəkkür etdi
  07 Fevral 2020    Oxunub:6981
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Azvision.az xəbər verir ki, bu barədə Çinin İnformasiya Departamentinin Baş direktor müavini Lician Jao “Twitter” səhifəsində bildirib.

"Biz dünya liderlərinə dəstəklərinə görə təşəkkür edirik. Azərbaycan Prezidenti İlham Əliyev Çin xalqı ilə həmrəyliyini və bütün zəruri yardımları göstərməyə hazır olduğunu ifadə edib", - deyə Jao qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu ünvanlayıb. Məktubda dövlət başçısı yeni növ koronavirus nəticəsində vəfat edənlərin ailələrinə öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, virusa yoluxanların tezliklə sağalmasını arzulayıb.

“Əmin ola bilərsiniz ki, bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və biz hər cür yardım göstərməyə hazırıq”.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Prezident   Təşəkkür  





Xəbər lenti