Türkiyədə 177 nəfərin olduğu təyyarə qəzaya düşdü - VİDEO+FOTO

Türkiyədə 177 nəfərin olduğu təyyarə qəzaya düşdü -  VİDEO+FOTO
  06 Fevral 2020    Oxunub:11649
Türkiyənin İstanbul şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Azvision.az xəbər verir ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına enərkən uçuş zolağından çıxaraq yerə çırpılıb. Hadisə nəticəsində təyyarə bir neçə hissəyə parçalanıb.
İzmir-İstanbul aviareysi üzrə hərəkət edən təyyarədə 177 nəfər olub. Ölüm faktı qeydə alınmayıb. Sərnişinlər hadisə yerindən təxliyə ediliblər.

Əraziyə xeyli sayda yanğınsöndürən, təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırma aparılır.









Azvision.az


Teqlər: Türkiyə   Təyyarə   Qəza  





Xəbər lenti