BMT Təhlükəsizlik Şurası Suriyaya dair təcili iclas çağırdı

BMT Təhlükəsizlik Şurası Suriyaya dair təcili iclas çağırdı
  05 Fevral 2020    Oxunub:2880
BMT Təhlükəsizlik Şurası Birləşmiş Krallıq, ABŞ və Fransanın sorğusu əsasında Suriyadakı vəziyyətlə əlaqədar təcili iclas keçirməyə hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Qeyd edilən ölkələr BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersen, eləcə də BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi ofisinin nümayəndələrinin iştirakı ilə Suriyanın şimal-qərbindəki vəziyyətlə bağlı xüsusi brifinqin keçirilməsi barədə quruma sorğu ünvanlayıblar.

İlkin məlumata görə, iclas fevralın 6-da keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BMT   Suriya  





Xəbər lenti