Qarabağda məmur övladları üçün xüsusi hərbi hissə

Qarabağda məmur övladları üçün xüsusi hərbi hissə
  04 Fevral 2020    Oxunub:4463
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yanvarın 30-da əsgər Vahram Avakyanın öldüyü hərbi hissədə “imtiyazlı hərbçilər”, yüksək vəzifəli şəxslərin övladları xidmət edir.
Azvision.az -ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, hərbi hissədə klan fəaliyyət göstərir ki, onlar “seçilmişlərin” siyahısına düşməyən məzlumlara zülm edirlər.

Qarabağdakı separatçı rejimin "müdafiə nazirliyi" məlumatı təkzib etsə də, erməni mətbuatı həmin hərbi hissədə bundan əvvəl də naməlum şəraitdə ölüm hallarının baş verdiyini yazıb. Bildirilib ki, məmurların və imkanlı şəxslərin övladlarına hərbi hissədə xüsusi imtiyazlar verilir. Bu isə bir çox hallarda insidentlərə, xoşagəlməz hadisələrə səbəb olur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Hərbi-Hissə  





Xəbər lenti