Rəsmi Bakı Trampın “Əsrin müqaviləsi” planı barədə mövqeyini açıqladı

Rəsmi Bakı Trampın “Əsrin müqaviləsi” planı barədə mövqeyini açıqladı
  04 Fevral 2020    Oxunub:3597
Bu ilin 3 fevral tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin Xarici İşlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclas İsrail-Fələstin məsələsinə dair ABŞ Administrasiyasının “Əsrin müqaviləsi" adlandırılan sülh razılaşması ilə bağlı çağırılıb.

İclasda Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov rəhbərlik edib.
R.Həsənov müzakirələr zamanı çıxış edərək məsələyə dair ölkəmizin mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Nazir müavini Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və Fələstin məsələsinin “iki dövlət prinsipi” əsasında ədalətli və hərtərəfli həllini dəstəklədiyini qeyd edib. Ölkəmizin bu məsələnin beynəlxalq hüquq və BMT qətnamələrinə əsaslanan “iki dövlət” həll prinsipinə sadiq olduğu qeyd olunub.

İclasın sonunda İƏT İcraiyyə Komitəsinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti