Putindən Polad Bülbüloğluna yubiley təbriki

Putindən Polad Bülbüloğluna yubiley təbriki
  04 Fevral 2020    Oxunub:2663
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, Putinin təbrik məktubu Kremlin rəsmi saytında yerləşdirilib.

Təbrikdə deyilir: “Hörmətli Polad Bülbüloğlu, 75 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ki, siz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, məhsuldar əməkdaşlığın inkişafına mühüm töhfələr verirsiniz. Əlbəttə ki, Rusiyada sizin bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınızı yüksək dəyərləndirirlər. Sizə möhkəm can sağlığı, xoşbəxtlik, rifah və uğurlar arzulayıram”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti