Azərbaycan səfirliyi Türkiyəyə başsağlığı verib
“Suriyadakı hücum nəticəsində şəhid olan 4 türk əsgərinə Allahdan rəhmət, yaxınlarına səbr, yaralı əsgərlərimizə təcili şəfa diləyirik. Türk millətinə başsağlığı veririk”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Bəşər Əsədə sadiq ordunun hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində 4 hərbçisi şəhid olub, biri ağır olmaqla 9 əsgər yaralanıb.
Pərvanə Sultanova
Azvision.az