Londonda baş vermiş insidentin təfərrüatları

Londonda baş vermiş insidentin təfərrüatları
  03 Fevral 2020    Oxunub:2230
Bu gün Londonun Stritham bölgəsində baş vermiş insidentin təfərrüatları məlum olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkar mağazalardan birinə daxil olaraq, oradakı müştəriləri bıçaqlayıb. Hadisə zamanı iki nəfər yaralanıb.

Təcili yardım xidməti yaralılara zamanında tibbi müdaxilə edib. Onların həyatını xilas etmək mümkün olub. Ərazidə xidmət aparan polis tərəfindən cinayətkar güllələnərək öldürülüb. Həmin şəxsin kimliyi hələlik açıqlanmayıb.

London Polis İdarəsi bıçaqlı hücumun terrorçu qruplaşmalarla əlaqəli olduğunu bəyan edib. Faktla bağlı araşdırmalar davam edir.

Azvision.az



Teqlər: London  





Xəbər lenti