Tanınmış futbolçu karyerasını bitirdi

Tanınmış futbolçu karyerasını bitirdi
  03 Fevral 2020    Oxunub:2844
Futbol üzrə Braziliya yığmasının sabiq üzvü Lusio karyerasını başa vurub.
Azvision.az xəbər verir ki, 41 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu olan Lusio yığmada 105 oyun keçirib, 4 qol vurub. O, “İnter”in heyətində isə Çempionlar Liqasının qalibi olub.

Azvision.az


Teqlər: Braziliya   Futbol  





Xəbər lenti