Moody's: Koronavirus dünya iqtisadiyyatına ciddi zərər verəcək

      Moody
  01 Fevral 2020    Oxunub:3299
Koronavirus dünya iqtisadiyyatına 2008-2009-cu illərdə mövcud olmuş maliyyə böhranından daha çox zərər verə bilər.
Azvision.az xəbər verir ki, bu barədə “Moody” beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-ın ipoteka bazarındakı çöküşdən fərqli olaraq, 2020-ci ilin əvvəllərində heç kim potensial dağıdıcı pandemiyanın yaranacağını proqnozlaşdırmamışdı.

Agentlik həmçinin qeyd edib ki, xəstəliyin yayılması dünya üzrə sənaye metallarının (mis, nikel, sink, alüminium və s.) qiymət indeksinin kəskin düşməsinə səbəb olub.

Azvision.az



Teqlər: Virus  





Xəbər lenti