Məşhur amerikalı yazıçı 92 yaşında vəfat edib

Məşhur amerikalı yazıçı 92 yaşında vəfat edib
  01 Fevral 2020    Oxunub:2421
Amerikalı yazıçı Meri Hiqqins Klark 92 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıçının qızına istinadən məlumat verib.

Yazıçının saytında qeyd edildiyi kimi, ölümə səbəb yaşlılığın yaratdığı sağlamlıq problemləri olub. M.H.Klarkla vida mərasiminin tarixi və yeri hələ məlum deyil.

Meri Hiqqins Klark triller və dedektiv janrlarında yazdığı əsərləri ilə tanınıb. O, həmçinin uşaqlar üçün kitablar da yazıb. Əsərlərinin 40-dan çoxu bestseller olub, bəziləri isə ekranlaşdırılıb.

Ən məşhur romanları "Uşaqlar geri dönməyəcək", "Və beşik düşəcək" və "Yaşadığınız küçədə" olub. Kların qızının sözlərinə görə, anası öldüyü günə qədər yazmağa davam edib. Ötən ilin noyabr ayında isə növbəti kitabı çap olunub.

Azvision.az


Teqlər: Yazıçı  





Xəbər lenti