Çində koronavirusdan ölənlərin sayı 259 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı 259 nəfərə çatıb
  01 Fevral 2020    Oxunub:2279
Çində yeni növ koronavirusa yoluxanların sayı 11 min 821 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, indiyədək virusdan 259 nəfər ölüb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 18 min nəfərdən çoxdur.

Qeyd edək ki, Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə 124 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti