Daha bir ölkədə koronavirus aşkarlanıb

  31 Yanvar 2020    Oxunub : 2291
 Daha bir ölkədə koronavirus aşkarlanıb
Çində geniş yayılan koronavirus daha bir Avropa ölkəsində aşkar edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün İsveçdə koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Virusa yoluxan şəxs 20 yaşlı qızdır. Onun Çinin Uxan bölgəsinə səfər etdikdən sonra ölkəyə qayıtdığı müəyyən edilib. İlkin müayinə zamanı qızın koronavirusa yoluxduğu təsdiqlənib. Hazırda həkim şəxs xüsusi nəzarətdə saxlanılır.

Qeyd edək ki, Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İtaliya və Rusiyda da ölümcül virus aşkarlanıb.

Azvision.az

Teqlər: Koronavirus