Boris Conson Brexitin şərəfinə ziyafət verəcək

Boris Conson Brexitin şərəfinə ziyafət verəcək
  01 Fevral 2020    Oxunub:2796
Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkəsinin Avropa İttifaqından çıxması ilə əlaqədar təmtəraqlı ziyafət verəcək.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş Nazirin iqamətgahında təşkil olunacaq mərasimdə yüksək vəzifəli məmurlar, məşhur simalar iştirak edəcəklər.

Qeyd edək ki, Böyük Britaniya bu gün saat 23:00-da 47 ildir üzvü olduğu Avropa İttifaqını tərk edəcək. Bundan sonra 11 aylıq keçid dövrü başlayacaq.

Azvision.az



Teqlər: Boris-Conson   Ziyafət  





Xəbər lenti