Azərbaycanlılarla birlikdə 49 nəfər Çindən təxliyə ediləcək - XİN rəhbəri
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Çində yaşayan Türkiyə vətəndaşları var, Uhanda isə onların sayı 34 nəfərdir.
Onun sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar lazımi tədbirlər görülüb: "Həmin şəxslər Türkiyəyə gələndə Səhiyyə Nazirliyi tərəfindən karantinə alınacaqlar. Həkimlərimiz müayinələr aparacaqlar".
Çavuşoğlu, həmçinin təyyarənin artıq Türkiyədən Uhana yola düşdüyünü əlavə edib.
Pərvanə Sultanova
Azvision.az