Rusiyada partlayış olub - Ölən və yaralılar var

Rusiyada partlayış olub -  Ölən və yaralılar var
  31 Yanvar 2020    Oxunub:3353
Rusiyanın Orlov vilayətində rezin məhsulları istehsal edən zavodda partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış vilayətin Mçensk şəhərində qeydə alınıb. Hadisə zamanı zavodun tavanı qismən çöküb. Üç yaralıya ilkin yardım göstərilib.

Partlayışın baş vermə səbəbi araşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Zavod   Partlayış  





Xəbər lenti