İrana qarşı sanksiyalar genişləndirildi

İrana qarşı sanksiyalar genişləndirildi
  31 Yanvar 2020    Oxunub:2624
ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyi İranın Atom Enerjisi Təşkilatını və onun rəhbəri Əli Əkbər Salehinin adını sanksiyalar siyahısına əlavə edib.

Məlumata görə, təşkilatın, eləcə də Əli Əkbər Salehinin ABŞ banklarındakı hesabları dondurulacaq. Bundan əlavə, diqqətə çatdırılıb ki, İranın Atom Enerjisi Təşkilatı ilə iş birliyini davam etdirən xarici şirkətlər də sanksiyaya məruz qalacaqlar.

Azvision.az



Teqlər: ABŞ   İran   Sanksiya  





Xəbər lenti