Həmsədrlər bəyanat yaydı - Nazirlər yenidən görüşəcəklər

   Həmsədrlər bəyanat yaydı -    Nazirlər yenidən görüşəcəklər
  30 Yanvar 2020    Oxunub:3516
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında Cenevrədə keçirilən danışıqlarla bağlı bəyanat yayıb.
Azvision.az -ın məlumatına görə, bəyanatda bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin də iştirak etdiyi görüşlərdə üç gün ərzində tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar.

Görüşlərdə tərəflər arasında razılaşma və təkliflərin icrası, əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, sülhün əsasını təşkil edən prinsiplər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, XİN rəhbərləri həmsədrlərin iştirakı ilə yaxın zamanlarda yenidən görüşməyə razılıq veriblər.

Qeyd edək ki, bu ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub.

Azvision.az


Teqlər: ATƏT   XİN   Bəyanat   Görüş  





Xəbər lenti