ABŞ-da koronavirusla mübarizə üzrə İşçi Qrup yaradılıb

  30 Yanvar 2020    Oxunub : 1500
ABŞ-da koronavirusla mübarizə üzrə İşçi Qrup yaradılıb
ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirusla mübarizə üzrə xüsusi İşçi Qrup yaradıb.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Stefani Qrişam məlumat verib. Onun sözlərinə görə, İşçi Qrupun üzvləri gələn həftənin bazar ertəsindən başlayaraq gündəlik görüşlər keçirəcəklər.

Qrupa Səhiyyə və Sosial Xidmətlər naziri Aleks Hazard rəhbərlik edəcək. Həmçinin, Vaşinqton administrasiyasının nümayəndələri, yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində aparıcı mütəxəssislər də qrupa daxildirlər.

“Amerikalıların virusa yoluxma riski aşağıdır və bütün qurumlar vəziyyətin inkişafının izlənilməsi, ictimaiyyəti məlumatlandırmaq istiqamətində fəal işləyir”, -deyə Qrişam əlavə edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Koronavirus