Avropa Parlamenti “Brexit”i təsdiqlədi

 Avropa Parlamenti “Brexit”i təsdiqlədi
  30 Yanvar 2020    Oxunub:2552
Avropa Parlamenti Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına dair "Brexit" razılaşmasını təsdiqləyib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, səsvermə zamanı 621 parlament üzvü sənədin lehinə, 49 deputat əleyhinə səs verib, 13 nəfər isə bitərəf qalıb.

Razılaşma rəsmən qüvvəyə minməsi üçün Avropa Birliyi Şurası tərəfindən təsdiq edilməlidir. Yalnız bundan sonra Böyük Britaniyanın 31 yanvar tarixində Avropa Birliyindən çıxması reallaşacaq.

Azvision.az


Teqlər: Avropa-Parlamenti   Brexit  





Xəbər lenti