Zəlzələ nəticəsində tanınmış aktyorun evi uçub

 Zəlzələ nəticəsində tanınmış aktyorun evi uçub
  30 Yanvar 2020    Oxunub:5076
Ötən həftə Türkiyənin Elazığ vilayətində baş vermiş güclü zəlzələ nəticəsində məşhur teatr və kino aktyoru Kamal Sunala məxsus ev uçaraq yararsız vəziyyətə düşüb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yeraltı təkanların xarabalığa çevirdiyi ev mərhum aktyorun ata yurdu olub. O, həmin evdə böyüyüb boya-başa çatıb.

Qeyd edək ki, yanvarın 24-də Elazığ vilayətində 6.8 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 41 nəfər həlak olub, 1607 nəfər isə xəsarət alıb.

Azvision.az



Teqlər: Türkiyə   Zəlzələ   Aktyor  





Xəbər lenti