Tehrandan İrəvana gedən avtobus qəzaya uğrayıb

  29 Yanvar 2020    Oxunub : 1242
Tehrandan İrəvana gedən avtobus qəzaya uğrayıb
Tehrandan İrəvana gedən sərnişin avtobusu qəzaya uğrayıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün Mian şəhəri yaxınlığında baş verib.

Qəzada xəsarət alanlar Mian və Təbriz şəhərlərindəki xəstəxanalara aparılıblar. İlkin məlumata görə, avtobusda 10 xarici vətəndaş olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   İrəvan   Qəza