Sarkisyanın cinayət işi məhkəməyə göndərilib

  29 Yanvar 2020    Oxunub : 1526
 Sarkisyanın cinayət işi məhkəməyə göndərilib
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın cinayət işi məhkəməyə göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat katibi Aravik Xaçatryan deyib.

Baş Prokurorluq ittiham aktını təsdiqləyib və cinayət işi ilə birlikdə İrəvanın ümumi yurisdiksiya məhkəməsinə göndərilib”, - deyə Xaçatryan bildirib.

Qeyd edək ki, sabiq prezident Serj Sarkisyan 1 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Sarkisyan