ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq

 ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq
  29 Yanvar 2020    Oxunub:3395
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş Naziri Benyamin Netanyahunun iştirakı ilə İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə planı təqdim edib.

Azvision.az -ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Tramp bildirib ki, İsrail yeni plan əsasında fələstinlilərlə "sülhə doğru böyük addım" atır.
Tramp hesab edir ki, fələstinlilər ən yaxşı həyata layiqdirlər, amma onlar terror fəallığının tələsinə düşüblər.

ABŞ Prezidentinin fikrincə, Yaxın Şərq üzrə nizamasalınma planı 80 səhifədən ibarətdir. Plana əsasən, Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq.

Bundan başqa, Tramp əlavə edib ki, ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq.

Azvision.az



Teqlər: Tramp   AB   ABŞ   İsrail  





Xəbər lenti