Axtarışda olan iranlı reper İstanbulda tutuldu

  28 Yanvar 2020    Oxunub : 1585
Axtarışda olan iranlı reper İstanbulda tutuldu
İnterpol xətti ilə axtarışda olan iranlı reper Əmir Hüseyn Türkiyədə saxlanılıb.
Azvision.az xəbər verir ki, narkotik vasitələrdən istifadə və təşviq etməkdə şübhəli bilinən musiqiçi İstanbulda keçirilən əməliyyat nəticəsində tutulub.

Onun "qırmızı bülleten"lə axtarışda olduğu, İstanbulda qeyri-qanuni məskunlaşdığı müəyyən edilib. İstintaq orqanlarına təhvil verilən reperlə bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: İran   İstanbul