AFFA yeni milli komanda yaradıb

  28 Yanvar 2020    Oxunub : 1311
AFFA yeni milli komanda yaradıb
AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.
AFFA-dan Azvision.az -a verilən məlumata görə, əvvəlcə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən İcraiyyə Komitəsinin yeni üzvləri Könül Mehtiyevaya, Fərid Mansurova və Elxan Məmmədova müvafiq qovluqlar təqdim olunub. AFFA prezidenti İcraiyyə Komitəsinin üzvlərini təbrik edib və uğurlar arzulayıb.

Rövnəq Abdullayevin təklifinə əsasən, Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov AFFA-nın vitse-prezidenti, Elxan Məmmədov isə icraçı vitse-prezident vəzifəsinə təsdiqlənib. Elxan Məmmədovun, eyni zamanda, baş katib vəzifəsini də icra etməsi qərara alınıb.

İcraiyyə Komitəsi üzvlərinin məsul olduqları konkret iqtiqamətlər müəyyənləşdirilib:

İsgəndər Cavadov - Region futbolu

Kazbek Tuayev - Veteranlarla iş

Elxan Məmmədov - İcraçı vitse-prezident

Zaur Axundov - Futzal

Rauf Əliyev - Uşaq və gənclər futbolu

Vaqif Sadıqov - Məşqçi və klublarla iş

Elşad Nəsirov - Milli komandalarla iş

Fərid Mansurov - GİN ilə koordinasiya

Firudin Qurbanov - Tələbə futbolu

Mahir Məmmədov - Sahə FF ilə koordinasiya

Elmar Məmmədyarov - Dövlət orqanları ilə əlaqələr

Könül Mehdiyeva - Beynəlxalq əlaqələr

İclasda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və məsələnin müzakirəsinin İcraiyyə Komitəsinin növbəti iclasında davam etdirilməsi qərara alınıb.

İcraiyyə Komitəsinin iclasında müzakirə olunan sonuncu məsələ e-Milli komandanın yaradılması barədə olub. İK üzvləri bu məsələyə müsbət münasibət bildiriblər.

Azvision.az

Teqlər: AFFA