Milyarder koronavirusa görə 10 milyon dollar ayırdı

  28 Yanvar 2020    Oxunub : 1411
Milyarder koronavirusa görə 10 milyon dollar ayırdı
Bill Qeyts Fondu koronavirusla mübarizə üçün on milyon dollar ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat verilib.

Qeyd edilib ki, Çin və Afrikada koronavirusun yayılmasının qarşısını almaq üçün 10 milyon dollar yardım nəzərdə tutulub. Fond artıq Çinin bir neçə özəl və dövlət təşkilatları ilə əməkdaşlıq edir. Vəsaitin bir hissəsi vaksinlərə və müalicə metodlarına, həmçinin virusa yoluxmuş şəxslərin müəyyənləşdirilməsi tədbirlərinə xərclənəcək.

Yerdə qalan beş milyon dollar isə Afrika İttifaqı ölkələrindəki xəstəliklərin qarşısının alınması mərkəzlərinə təqdim ediləcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Virus