Çində koronavirusdan ölənlərin sayı 106 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı 106 nəfərə çatıb
  28 Yanvar 2020    Oxunub:2742
Çində yeni növ koronavirusa (2019-nCoV) yoluxanların sayı 4535 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, virusdan ölənlərin sayı 106 nəfərdir, 976 xəstənin vəziyyəti isə ağır qiymətləndirilir.

Bundan başqa, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı artaraq 6973 nəfər olub. Xəstələrlə yaxın ünsiyyətdə olmuş 44 min 132 nəfər tibbi nəzarətə götürülüb. Ölüm hallarının 100-ü virusun aşkarlandığı və ən çox yayıldığı Hubey vilayətində qeydə alınıb.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti