Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri istefa verdi

  27 Yanvar 2020    Oxunub : 1945
Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri istefa verdi
Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria vəzifəsindən istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə İzoria özü açıqlamasında deyib. O bildirib ki, artıq istefa məktubunu Gürcüstanın Baş Nazirinə təqdim edib.

İzoria, həmçimin qeyd edib ki, bundan sonra Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində çalışacaq.

Xatırladaq ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu il sentyabrın 3-dək Gürcüstanın Müdafiə naziri olub.

Azvision.az

Teqlər: Gürcüstan   İzoria   istefa