Türkiyədə koronavirus təhlükəsi - 12 nəfər xəstəxanaya yerləşdirildi

Türkiyədə koronavirus təhlükəsi  - 12 nəfər xəstəxanaya yerləşdirildi
  28 Yanvar 2020    Oxunub:3709
Türkiyədə koronavirus şübhəsi ilə əlaqədar 12 nəfər xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, Aksaray vilayətində 9-u Çin, 3-ü Türkiyə vətəndaşı olmaqla 12 nəfər koronavirusa yoluxmaqda şübhə bilinir. Həmin şəxslər baş gicəllənmə, ürəkbulanma və qusmadan şikayətləniblər.

9 Çin vətəndaşının 5 gün əvvəl Türkiyəyə gəldiyi məlum olub. Xəstələr həkim nəzarətinə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   Türkiyə  





Xəbər lenti