Pentaqon təsdiqlədi: Qəzaya uğrayan təyyarə ABŞ-a məxsusdur - Yenilənib

  27 Yanvar 2020    Oxunub : 3059
 Pentaqon təsdiqlədi: Qəzaya uğrayan təyyarə ABŞ-a məxsusdur - Yenilənib
Pentaqon Əfqanıstanda qəzaya uğrayan təyyarənin ABŞ-a məxsus olduğunu təsdiqləyib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Devid Qoldfeyn bildirib. Onun sözlərinə görə, ekipaj üzvlərinin vəziyyəti barədə hələlik heç bir məlumat yoxdur.

***
Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ hərbi hava qüvvələrinə məxsusdur. Hadisə zamanı təyyarənin göyərtəsində on nəfərdən az insan olub.

Azvision.az xəbər verir ki, bu barədə Reuters agentliyi Ağ ev administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata əsasən, hazırda təyyarənin vurulduğuna dair sübut yoxdur. Pentaqon isə təyyarənin ABŞ hərbi hava qüvvələrinə aid olduğunu hələlik təsdiqləməyib.

***
“Taliban” hərəkatı Əfqanıstanın Qəzni əyalətində göyərtəsində 83 nəfərin olduğu təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan öncə qəzaya düşdüyü deyilən “Bombardier E-11A” təyyarəsinin ABŞ-a məxsus olduğu iddia edilir.

Məlumata görə, ABŞ həmin təyyarədən Əfqanıstanda radioelektron kəşfiyyat məqsədilə istifadə edib. Hələlik bu barədə məlumatlar rəsmi qurumlar tərəfindən öz təsdiqini tapmayıb.

Azvision.az

Teqlər: Taliban   Təyyar