“Qalatasaray”dan qələbə, “Beşiktaş” yenə uduzdu

  26 Yanvar 2020    Oxunub : 1908
“Qalatasaray”dan qələbə, “Beşiktaş” yenə uduzdu
Türkiyə Super Liqasında XIX turun növbəti oyunları keçirilib.
Azvision.az xəbər verir ki, son vaxtlar uğursuz çıxışlarla yadda qalan "Beşiktaş" səfərdə "Göztəpə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son matçında "Qalatasaray" və "Konyaspor" klubları üz-üzə gəliblər. Rəqibindən üstün olan Fatih Terimin komandası səfərdə 3:0 hesablı qələbəyə sevinib.

Bu görüşdən sonra xallarının sayını 33-ə çatdıran "Qalatasaray" turnir cəvdəlində 6-cı pillədə qərarlaşıb, 30 xalı olan "Beşiktaş" isə 7-ci yerdədir.

Azvision.az

Teqlər: Qalatasaray   Beşiktaş