“ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmirlər” - İran XİN

  26 Yanvar 2020    Oxunub : 1737
 “ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmirlər” - İran XİN
Rəsmi Tehran ABŞ ilə dialoqu istisna etmir. Danışıqlar masasını İran yox, ABŞ tərk edib.
Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın “Der Şpiqel” jurnalına verdiyi müsahibədə deyib. O bildirib ki, İran üçün Ağ Evdə kimin oturacağı vacib deyil. Vacib olan odur ki, sanksiyalar aradan qaldırılsın və danışıqlar prosesi bərpa olunsun.

Nazir Almaniya, Fransa və Böyük Britaniyanı tənqid atəşinə tutaraq bildirib ki, bu dövlətlər ABŞ-ın icazəsi olmadan 1 addım belə ata bilmirlər. Avropa dövlətləri Prezident Donald Trampın yeni sanksiyalarına qoşulmayacaqlarını bəyan etdilər və İran ilə ticarət əlaqələrini davam etdirmək üçün xüsusi ödəmə mexanizmi yaratdılar. Lakin bu günə kimi həmin mexanizmdən istifadə etməyib və İrana ilə maliyyə əməliyyatı aparmayıblar. Buna ABŞ icazə vermir. Avropa öz maraqlarını və qürurunu ABŞ-a qurban verir.

Nazir onu da nəzərə çatdırıb ki, ABŞ-ın hədələrinə baxmayaraq, nüvə proqramı davam edəcək. Sanksiyalar aradan qaldırılsa, İran nüvə proqramını dayandıra bilər.

M.C.Zərifin sözlərinə görə, İranın “Nüvə silahının yayılmaması” haqqında Sazişdən çıxması rəsmi Tehranın nüvə silahı yaratmaq istəyindən xəbər vermir. (AzərTAc)

Azvision.az

Teqlər: İran   XİN   ABŞ