Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatdı - Yenilənib

 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatdı -  Yenilənib
  26 Yanvar 2020    Oxunub:3789
Türkiyədə zəlzələ qurbanlarının sayı artıb.
Azvision.az xəbər verir ki, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, dağıntılar altında qalan 45 nəfər xilas edilib. Hazırda 14 nəfərin uçqun altında qaldığı bildirilir.

***
(09:44)

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin yaydığı məlumata görə, təbii fəlakət zamanı 1556 nəfər xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda bölgədə xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 24-də Türkiyənin Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti