Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

 Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
  26 Yanvar 2020    Oxunub:2772
Yanvarın 25-də Cəbəllütariqdə beynəlxalq şahmat festivalının “Masters” turnirinin beşinci turunun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti heç-heçəyə imza atıb. Beşinci turda onun təqibi argentinalı Fernando Peralta olub.

Komandamızın digər üzvü Vasif Durarbəyli isə çinli idmançı Hao Yanqın öhdəsindən gələ bilməyib. Beş turdan sonra hər iki şahmatçımızın aktivində 3,5 xal var.

Qeyd edək ki, “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

Azvision.az



Teqlər: ŞəhriyarMəmmədyarov  





Xəbər lenti