Millimiz yoldaşlıq oyununda qələbə qazanıb

Millimiz yoldaşlıq oyununda qələbə qazanıb
  26 Yanvar 2020    Oxunub:2964
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Azvision.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbə qazanıb. Millimizin heyətində Camal Cəfərov və Elçin Qasımov fərqləniblər.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.

Azvision.az



Teqlər: Milli   Antalya  





Xəbər lenti