“Qarabağ” bir gündə iki dəfə məğlub oldu

“Qarabağ” bir gündə iki dəfə məğlub oldu
  26 Yanvar 2020    Oxunub:2648
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu sonuncu yoxlama oyununu keçirib.
Azvision.az xəbər verir ki, bu gün Ağdam təmsilçisi Polşanın “Visla” klubu ilə üz-üzə gəlib. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın qollarını Mahir Emreli və Xaymer Romero vurub.

Qeyd edək ki, “Qarabağ” günün ilk sınaq matçında isə Çexiya təmsilçisi “Siqma”ya 1:3 hesabı ilə məğlub olub.

Azvision.az


Teqlər: Qarabağ   Antalya  





Xəbər lenti