Türkiyədə zəlzələdə ölənlərin sayı 22 nəfərə çatıb

  25 Yanvar 2020    Oxunub : 1301
Türkiyədə zəlzələdə ölənlərin sayı 22 nəfərə çatıb
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, 18 nəfər Elazığda, 4 nəfər isə Malatyada həlak olub.

Nazir vurğulayıb ki, 39 nəfər dağıntılar altından çıxarılıb. Hazırda xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, dünən axşam saatlarında Türkiyədə 6.8 bal gücündə zəlzələ baş verib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Zəlzələ