Hamilə qadın dağıntılar altından sağ çıxarıldı

  25 Yanvar 2020    Oxunub : 1590
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı
Türkiyənin Elazığ vilayətində baş vermiş güclü zəlzələ nəticəsində dağıntılar altında qalan 6 aylıq hamilə qadın xilas edilib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasedicilər Pınar Dişlini və azyaşlı oğlu Meriç Dişlini dağıntılar altından sağ çıxarıblar.

Bundan başqa, daha iki nəfərin həyatı xilas olunub. Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ bölgəsində 6,8 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində azı 20 nəfər ölüb, 1015-dən çox insan yaralanıb. Ölü sayının artacağı istisna edilmir.

Azvision.az

Teqlər: Türkiyə   Zəlzələ