Azərbaycan səfirliyi Türkiyəyə başsağlığı verib

  25 Yanvar 2020    Oxunub : 1474
Azərbaycan səfirliyi Türkiyəyə başsağlığı verib
Azərbaycanın Türkiyədəki səfirliyi Elazığ bölgəsində baş vermiş güclü zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində məlumat paylaşılıb.

“Səfirlik olaraq Elazığda baş vermiş zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.

Xatırladaq ki, zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, mindən çox yaralı var.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Səfirlik   Zəlzələ